18 Avqust 2019, Bazar - 09:50

D.Rikkardo ilklərdən olmaq istəyir

D.Rikkardo ilklərdən olmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

10:05 - 15 Fevral, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, vətəni Avstraliyada podiuma yüksəlmək istəyir.

F-1.az xatırladır ki, Avstraliya yarışında hələ də yerli sürücülər podiuma yüksələ bilməyib. 28 yaşlı sürücü 2014-cü ildə doğma publikası önündə ikinci olaraq podiuma yüksəlsə də, daha sonra yarışdan xaric olunmuşdu.

Daniel Rikkardo: “Keçən il qış testlərində Mercedes və Ferrari-dən geri qaldığımızı anladıq. Lakin bu il testlərdə gücümüsü göztərmək istəyirik və ilk yarışda podiuma yüksəlməyi hədəfləyirik. Keçən il Renault-nun etibarlılıq problemləri Red Bull-un inkişafına mane oldu.

Aerodinamika üzərində işləyirik və məlumatlar doğrudursa, Melburnda podium uğrunda mübarizə apara bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 278
Teqlər , , ,
Paylaş

logo