25 Avqust 2019, Bazar - 22:42

İspaniya-2016: Sıralanma turu

İspaniya-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:22 - 14 May, 2016

Barselonada sıralanma turu bir neçə səbəb üzündən maraqla gözlənilir. Komandalar ənənəvi olaraq çempionatın Avropa hissəsinin ilk yarışına çoxlu yeniliklər gətirirlər, tras aerodinamikanın effektivliyinə çox tələbkardır və maşının rəqabətədavamlılığını qiymətlənidrməyə imkan verir. Barselonada sıralanma turu həftəsonunun ən vacib sessiyasıdır – bu trasda baş tutan 25 yarışda 23 dəfə ilk cərgədən, 18 dəfə pouldan start alan sürücü qələbə qazanıb.

F-1.az xatırladır ki, dünən birinci məşqlərin protokollarına Fettel başçılıq edib, dünən nahardan sonrabu gün səhər isə Rosberq hamıdan sürətli olub – Mercedes AMG komandası rəqiblərindən sürətli olsa da, Ferrari ilə fərq elə də böyük olmayıb. Qüvvələr nisbətini sıralanma turu real qiymətləndirməli idi. Bir daha xatırladaq ki, Red Bull komandasının heyətində dəyişiklik edilib – Maks Ferstappen əsas komandaya, Daniil Kvyat isə törəmə komandaya keçiblər, bu sıralanma turu hər iki sürücü üçün yeni heyətdə birinci olub.

Adətən Barselonanın cod asfaltında ən bərk təkərlərdən istifadə olunur, bu il Pirelli hər yarışa 3 təkər tərkibi götirdiyi üçün ənənə bir qədər pozulub – təkərlərin yeyilməsinin yüksək səviyyədə olmasına baxmayaraq, komandalar Hard tərkiblər demək olar ki, heç işləməyiblər, əsas diqqətlərini Medium və Soft tərkiblərinə cəm ediblər. Soft sıralanma turu üçün əsas seçilib.

Birinci sessiyada Force İndia sürücüləri Hard tərkibi ilə bir dövrə vuraraq boksa qayıdıblar və Soft-la trasa qayıdıblar. Digər sürücülər elə əvvəldən Soft-u seçiblər. Rosberq protokollara başçılıq edib – 1:23.002. Manor və Sauber sürücüləri ilə birlikdə mübarizəni Palmer və gözlənilmədən Massa dayandırıb – braziliyalı sürücü ilk cəhdində trafikə düşüb, daha bir cəhdinə isə zaman qalmayıb.

İkinci sessiyada Həmilton trasa birinci çıxıb və həftəsonunun ən yaxşı nəticəsini göstərib – 1:22.159, Rosberq komanda yoldaşına 0.6 saniyə uduzub. Gözlənilmədən Ferstappen Fetteli üstələyərək üçüncü nəticə göstərib.

İlk dördlükdən başqa hamı ikinci cəhdinə çıxıb və yalnız Rəykkönen trasda olmayanların mübarizəsinə müdaxilə edib – Kimi yalnız komanda yoldaşını üstələyib. Fernando Alonso ev trasında son iki ildə ilk dəfə McLaren Honda komandasını son sessiyaya daşıyıb. Mübarizəni isə Hülkenberq, Batton, Kvyat, Qrojan, Maqnussen və Qutyerres dayandırıblar.

Son sessiyada beş sürücü ilk cəhdinə çıxıb – Həmilton yenə də trasa birinci çıxıb, amma 10-cu döngədə əylənmədə səhvə yol verib, təkərləri bloka salıb, ona görə də Rosberq protokollara başçılıq edib – 1:22.475. Ferstappen 0.7 saniyə uduzaraq ikinci nəticə göstərib.

Həlledici cəhdinə bütün sürücülər ardıcıl çıxıblar. Lyuis 1:22.000 nəticə göstərərək mövsümdə 3-cü, karyerasında 52-ci poulunu qazanıb. Niko Rosberq ikinci olmaqla Mercedes üçün yenə də tam ilk cərgəni təmin edib.

İkinci cərgəni isə Red Bull zəbt edib – Daniel Rikkardo son cəhdində Maks Ferstappeni üstələyə bilib. Üçüncü cərgəni isə Ferrari sürücüləri qazanıblar – Kimi Rəykkönen mövsümdə ikinci dəfə komanda yoldaşını üstələyib.

Sabah yarışın startı və gedişi maraqlı ola bilər!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG21:23.214411:22.15931:22.0006
26Niko RosberqMercedes AMG11:23.002321:22.75931:22.2806
33Daniel RikkardoRed Bull41:23.749351:23.58561:22.6803
433Maks FerstappenRed Bull31:23.578331:23.17831:23.0876
57Kimi RəykkönenFerrari51:23.796341:23.50451:23.1136
65Sebastyan FettelFerrari61:24.124361:23.68831:23.3346
777Valtteri BottasWilliams71:24.251381:24.02361:23.5223
855Karlos SaynsToro Rosso101:24.496391:24.07761:23.6433
911Serxio PeresForce İndia151:24.698671:24.00361:23.7824
1014Fernando AlonsoMcLaren111:24.5783101:24.19261:23.9813
1127Niko HülkenberqForce İndia91:24.4637111:24.2036
1222Censon BattonMcLaren121:24.5836121:24.3486
1326Daniil KvyatToro Rosso141:24.6965131:24.4456
148Roman QrojanHaas161:24.7166141:24.4806
1520Kevin MaqnussenRenault131:24.6696151:24.6256
1621Esteban QutyerresHaas81:24.4066161:24.7786
1730Colion PalmerRenault171:24.9036
1819Felipe MassaWilliams181:24.9414
199Markus ErikssonSauber191:25.2028
2012Felipe NasrSauber201:25.5798
2194Paskal VerlyaynManor211:25.7459
2288Rio HaryantoManor221:25.9399

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 473
Teqlər , , , , ,
Paylaş

logo