Qudvud Sürət Festivalında kim iştirak edəcək?

Bu il keçiriləcək Qudvud Sürət Festivalında yeddi Formula1 komandası və Dünya Çempionu titulunu qazanmış sürücülər iştirak edəcəklər.

F-1.az xatırladır ki, Qudvud şəhərində Sürət Festivalı iyun ayında keçiriləcək və hər il olduğu kimi, bu il də çoxlu köhnə avtomobillər və Dünya Çempionları bu festivalda iştirak edəcəklər.

Lyuis Həmilton ingiltərəli fanların istəyi ilə bu il də keçən il olduğu kimi festivalda iştirak edəcək. Formula1 üzrə sonuncu Dünya Çempionu Mercedes ilə təpəyə dırmanma yarışında mübarizə aparacaq.

Mercedes-dən başqa Ferrari, Force İndia, McLaren, Red Bull, Renault və Williams komandaları da bu festifalda iştirak edəcəklər.

Force İndia komandasını Niko Hülkenberq, McLaren komandasını isə Censon Batton bu festivalda təmsil edəcəklər.

Bundan başqa qeyd edək ki, 2009-cu ilin mühəndislər çempionluğunu qazanmış Brawn 001-in sükanı arxasına sabiq Formula1 sürücüsü Martin Brandl keçəcək…

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*