14 Dekabr 2018, Cümə - 14:49

K.Uilyams gəlirlərin paylanmasından narazıdır

K.Uilyams gəlirlərin paylanmasından narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

16:27 - 12 Aprel, 2016

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Formula1-də gəlirlərin paylanması daha ədalətli olmalıdır və Ferrari-nin Formula1 tarixindəki roluna görə aldığı məbləğdə azalma olmalıdır..

F-1.az xatırladır ki, Ferrari 2015-ci ildə mühəndislər çempionatında ikinci yeri tutsa da, bütün komandalardan çox pul qazanacaq.

Ferrari komandası təxminən 192 milyon dollar pul alacaq və bu məbləğ bütün mükafat fondunun 20%-i deməkdir. Bu məbləğin 87 milyon dolları komandanın son illərdəki uğurlarına görə verilir, yerdə qalan 105 milyon dolları isə müxtəlif bonsulardır – onun da 70 milyon dolları komandanın tarixi roluna görədir. Yəni ki, Ferrari mövsüm ərzində heç bir xal qazanmasa belə, onlar yenə də bu məbləği alacaqlar.

Komandaların Berni Ekklstoun və FİA ilə imzaladıqları sonuncu Razılıq müqaviləsi 2020-ci ildə bitir.

Kler Uilyams Ferrari-nin tarixi gəlirlərindən danışıb: “Ferrari-nin tarixinə görə pul alması problem deyil, amma məbləğ bu qədər çox olmamalıdır”.

Uilyams bildirib ki, bütün komandalar öz müqavilələrini imzalayırlar və sonrakı müqaviləyə qədər bunu dəyişdirmək mümkün deyil. Amma o ümid edir ki, gələcəkdə gəlirlərin paylaşılması daha ədalətli olacaq.

Kler Uilyams: “Mənim həyat fəlsəfəm ondan ibarətdir ki, əgər bir şeyi bacara bilməyəcəksinizsə, buna görə narahat olmaq lazım deyil.

Cəhd etdik, komandaların çoxu cəhd etdi və Berninin istədiyi kimi hamımız hazırkı müqaviləni imzaladıq. Biz bütün şərtləri bilirdik.

Bu barədə heç bir şey edə bilmərik. Biz başqa şeylərə görə narahat olmalıyıq. Ona görə də niyə bu mövzuya görə narahat olum?

Biz vaxtımızı yaxşı dəyərləndirməliyik. 2020-ci ilə qədər yeni şərtləri müzakirə edəcəyik. Ümid edirəm ki, bu müzakirələrdən sonra gəlirlərin paylanması daha yaxşı olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 484
Teqlər , , , ,
Paylaş

logo