L.Mekis Ferrari-dən gedir?

İtaliya mətbuatının verdiyi xəbərə görə Loran Mekis ilin sonunda Ferrari-dən ayrılaraq, Alphatauri-yə gedəcək.

F-1.az xatırladır ki, fransalı mütəxəssis 2019-cu ildə Ferrari-yə qatılmışdı. Lakin belə görünür ki, o da Ferrari-dən gedəcək. Mekisin növbəti komandası AlphaTauri ola bilər.

Bu komanda Loran üçün yad deyil, çünki karyerasının əvvəlində bu komanda ilə işləmişdi. O vaxt komandanın adı Minardi idi.

Mekis əslində keçən ilin sonunda Ferrari-dən gedə bilərdi, amma Frederik Vassyör onu komandada saxlaya bilmişdi. Tərəflər razılaşsa, u mövsümün sonlarında ya da 2024-cü ildə Loran Alphatauri-yə keçəcək.

, ,