D.Sançez başqa komanda ilə anlaşıb?

Ferrari komandasının baş konstruktoru vəzifəsindən istefa verən David Sançez başqa komanda ilə anlaşıb.

F-1.az xatırladır ki, fransalı mühəndis 2012-ci ildən Ferrari-də işləyirdi və son iki ildəki bolidlərin inkişafından məhz o cavabdeh idi.

Əksəriyyət düşünürdü ki, onu Ferrari komandası istefaya yollayıb, lakin resurslar elə demir.

İddialara görə David əvvəldən Britaniya mərkəzli bir komanda ilə anlaşıb. Bu komandanın kim olduğu hələ məlum deyil. O, icbari gözləmə müddətindən sonra yeni işinə başlaya bilər. Ferrari-də onu Dieqo Tondinin əvəzləməsi gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*