20 Avqust 2019, Çərşənbə axşamı - 06:06

S.Fettel söz tapa bilmir

S.Fettel söz tapa bilmir

Müəllif: Rauf Hacıyev, redaktor

17:49 - 14 May, 2016

Sebastyan Fettel sıralanma turundan sonra verdiyi açıqlamada bildirib ki, komandanın tək dövrədə geriqalma səbəbini bilmir.

F-1.az xatırladır ki, Ferrari sürücüləri sıralanma turunda zəif təsir bağışlayıblar – Kimi Rəykkönen 5-ci, Sebastyan Fettel isə 6-cı yeri tutublar.

Sebastyan Fettel sıralanma turundan sonra bildirib ki, yarışın startında bir neçə yer qazanacağına ümid edir: “Yarış uzundur və startdan etibarən hər şey baş verə bilər.

Təbii ki, ilk dövrə çox vacib olacaq, amma ondan sonra bizi uzun yarış gözləyir. Sabah daha yaxşı nəticə göstərərək, nələrə qadir olduğumuzu göstərə bilərik. Düşünürəm ki, bolidimiz sabah daha sürətli olacaq. Bu gün nahardan sonra nələrin baş verdiyini anlamıram.

Bugünkü nəticəyə layiq deyildik və buna görə də məyusuq. Hazırkı vəziyyəti analiz edib, başa düşməliyik. Artıq nəticəni dəyişdirmək mümkün deyil.

Sabah bizim üçün başqa bir gün olacaq. Biz bolidin güclü olduğunu bilirik. Biz əmin olmalıyıq ki, vəziyyətimiz mükəmməldir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 289
Teqlər , ,
Paylaş

logo