K.Rəykkönen: “Ferrari geriyə addım atıb”

Kimi Rəykkönen bildirib ki, Ferrari son dəyişikliklərdən sonra geriyə addım atıb.

F-1.az xatırladır ki, Ferrari cümə günü çox sürətli olsa da, sıralanma turunda Mercedes və Red Bull-un gerisində qalıb – Rəykkönen 5-ci, Fettel isə 6-cı yeri tutublar.

Rəykkönen sıralanma turundan sonra bildirib ki, Ferrari üçüncü seansa görə geriyə addım atıb: “Asan gün olmadı. Çalışdıq ki, əlimizdən gələnin ən yaxşısını edək, amma, sözün açığı, istədiyimiz yerdə deyildik.

Səhər mən daha sürətli idim. Səhər düşündük ki, çox sürətli deyildik və bəzi dəyişikliklər etdik. Düşünürəm ki, əsas problem son sektorda oldu. Bolidi limitlərdə sürəndə vaxt itiririk.

Hər şey bizim üçün çətin idi. Biz problemlərlə üzləşdiyimiz vaxtda rəqiblərimiz yaxşı nəticələr qazandı. Bacardığımız qədər yaxşı yerlər tutmaq istəyirik. Ümid edirəm ki, ilk döngəyə yaxşı vəziyyətdə girərik. Daha sonra nələrin olacağını görəcəyik.

İkinci cərgə bizim üçün daha yaxşı olardı. Amma əlimizdən heç nə gəlmir. Yaxşı start alıb, ilk döngəni və ilk dövrəni səhv etmədən keçməyə çalışacam. Nələrin baş verəcəyini görəcəyik”.

Ümid edirəm ki, yaxşı başlanğıc edərik. Nə olacağını bilmirəm. Deyəcəyim sözlərin mənası yoxdur. Çalışacayıq, yaxşı yarış üçün əlimizdən gələni edəcəyik. Amma bu həmişə etdiyim şeydir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*