Ş.Lekler: Beşinci yeri gözləmirdik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, beşinci yer gözlədikləri nəticə olmayıb.

F-1.az xatırladır ki, Ferrari 1000-cı yarışında nəhayət ki, Leklerlə son sessiyaya qalıb və monakolu sürücü sabahkı Toskana yarışına 5-ci yerdən başlayacaq.

Şarl Lekler: “Düzü, nəticədən razıyam. Son dövrəm də yaxşı idi. Hər şeyi bir araya gətirə bildim. Beşinci yer gözləntilərimizi aşdı. Çox xoşbəxtəm.

Montsa və Spa bütün komanda üçün çətin idi. Bolidi aşağı asfaltayatmaq qüvvəsi ilə sürmək çətin idi və bacarmırdım. Amma burada balans tapdıq. Boliddən razıyam. Balans yaxşı idi, sadəcə öndəki rəqiblərlə mübarizə aparmağa gücümüz yox idi. Balansın yaxşı olması məndə özümə inam yaratdı.

Son sessiyadakı ilk cəhdimdə köhnə təkərdən istifadə etdim. Sonradan yeni təkərə keçmək asan olmadı.

Yarışda yaxşı fürsətimiz olacaq. Düzdür, cümə günü yarış tempində rəqiblərimizdən geri qalırdıq. Buna görə də çətin olacaq, amma mənim işim rəqibləri arxamda saxlamaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*