S.Fettel: “Hunqarorinq fiziki cəhətdən bizi yorur”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Macarıstan yarışı fiziki cəhətdən sürücüləri yorur...

F-1.az xatıraldır ki, Ferrari son iki yarışda istənilən nəticələri ala bilməmiş və Mercedes-dən də, Red Bull-dan da az xal toplayıb. İtalyanlar bu uğursuzluğa Macarıstanda son qoymaq istəyirlər.

Sebastyan Fettel keçənilki Macarıstan yarışının qalibi olmuşdu və eyni uğuru bu il də təkrarlamaq istəyir: “Tras çox qısadır və Monako trasından fərqi odur ki, burada divarlar yoxdur. Çoxlu döngələr var. Daha sonra isə uzun bir düzlük və yenidən çoxlu döngələr. Burada dincəlmək mümkün deyil. Hunqarorinq çox isti trasdır. Bu sürücülər üçün çox çətindir və fiziki cəhətdən yorucudur. Ancaq sevdiyimiz traslardan biridir”

Qeyd edək ki, Hunqarorinq 1986-cı ildən bəri Formula1 yarışlarını qəbul edir və Formula1 ilə olan müqaviləsini 2026-cı ilə qədər uzadıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*