K.Rəykkönen məyusdur

Kimi Rəykkönen sıralanma turundakı 5-cilikdən sonra məyus olduğunu bildirib...

F-1.az xatırladır ki, bugünkü sıralanma turunda komandalar arasında böyük fərqlər var idi. İlk altılığı müvafiq olaraq Mercedes, Red Bull və Ferrari sürücüləri tutublar.

Rəykkönen sıralanmada Fetteli qabaqlasa da, yerinə görə xoşbəxt olmadığını deyib: “Bugünkü performansımız məyusedicidir, amma bolidin idarəetməsindən razıyam. Sadəcə sıralanma tempində zəifik. Daha sürətli olmalıyıq.

Bunu düzəltmək asan deyil. Elə olsaydı, çoxdan düzəldərdik. Ancaq bu halla çox qarşılaşmışıq. Trasdan-trasa vəziyyət dəyişir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*