E.Cordan: “Red Bull və Rəykkönen ortaq məxrəcə gələ bilməyəcəklər”

Bu uik-end Moscow City Racing tədbiri çərçivəsində Moskva şəhərində Eddie and the Robbers rok qrupu tamaşaçılar qarşısında çıxış edib – […]

Bu uik-end Moscow City Racing tədbiri çərçivəsində Moskva şəhərində Eddie and the Robbers rok qrupu tamaşaçılar qarşısında çıxış edib – qrupda zərb alətlərinin arxasında hazırda BBC-nin şərhçisi, keçmiş Jordan komandasının sahibi Eddi Cordan oturub…

Yeddiqat dünya çempionu Mixael Şumaxer məhz Eddinin komandasında 1991-ci ildə debüt etmişdi, ona görə də paddokda baş verən bütün hadisələrin mərkəzində dayanan birtaniyalı mütəxəssis jurnalistlərin sual atəşinə tutulub – əlbəttə, əsas suallar Kimi Rəykkönenin Red Bull komandasına keçidi ilə bağlı olub, amma Eddi bu keçidi gözləmədiyini bildirib…

Eddi Cordan: “Əvvəlcə mən tam əmin idim ki, Kimi Mark Uebberi əvəz edəcək, amma indi öz fikrimi dəyişmişəm. Mən indi fərqli düşünürəm və səbəbi də budur: Sebastyan Fettel 2015-ci ilin sonuna qədər Red Bull-da qalacaq, yəni 2015-ci ilin sonunda komanda hər iki sürücüsünü itirə bilər, ona görə də Kiminin Red Bull-a keçməsi üçün əlverişli vaxt deyil.

Güman edirəm ki, Red Bull öz seçimini Daniel Rikkardoda saxlayacaq. Həm də düşünmürəm ki, Rəykkönen Red Bull-un marketinq proqramlarında, sponsorlarla iş proqramlarında, fotosessiyalarda işləmək istəsin. Red Bull öz marketinq proqramını reallaşdırır, Kimi isə sadəcə maşın sürmək istəyir – bu məsələdə onlar ümumi dil taparaq orta məxrəcə gələ bilməyəcəklər…”

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*