D.Rikkardo: “Fettel özünün düşmənidir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Fettelin nə istədiyini bilməsi yarışlarda almaniyalıya böyük xeyir qazandırır. Amma eyni zamanda məyusluqlar gətirir.

F-1.az xatırladır ki, Fettel 2016-cı il mövsümünə çempionluq ümidləri ilə başlasa da, qələbə belə qazana bilməmiş və son yarışlarda, xüsusən də Meksika yarışında rəqiblərini və Çarli Uaytinqi təhqir yağışına tutmuşdu.

2014-cü ildə Fettellə eyni komandada çıxış etmiş Daniel Rikkardo bildirib ki, Fettel özünün rəqibidir: “Sebin alternativi yoxdur. O əksər sürücülərdən çox uğur qazanıb. Həyatının əksər anlarında idman edib və Dünya Çempionu olub. Bu pis şey deyil, amma həyatınızda bəzən hər şey qaydasında olmaz. Bu məyusluqlar bir gün düzələ bilər, çünki bu, həyatda mübarizə apardığınız və axtardığınız şeydir”.

Üzündən heç vaxt gülüş əskik olmayan Daniel Rikkardo Fettelin Red Bull-dakı uğurlarından təsirlənib və buna görə də almaniyalının gözləntilərinin yüksək olduğunu deyib: “Red Bull ilə bir xəyalı var idi. Ard-arda 4 çempionluq qazanaraq, tarixin ən yaxşılarından biri oldu. Buna görə də Ferrari-yə keçəndə xəyalları var idi. Amma təkcə xəyal etməklə bu reallaşmır. Fettel məyusluqlarına görə özü-özünün düşmənidir. Sakit olanda daha mükəmməl olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*