D.Rikkardo: “Rəykkönenin cəzası yarışımı alt-üst etdi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Rəykkönenin cəzasından sonra yarışa 4-cü yerdən başlaması onun üçün pis olub...

F-1.az xatırladır ki, Rikkardo yarışa Sebastyan Fettelin Malayziyadakı cəriməsindən sonra 5-ci yerdən başlamalı idi, amma dünən axşam Ferrari Rəykkönenin maşınında ötürmələr qutusunu dəyişdirdiyi üçün avstraliyalı sürücü yarışa 4-cü yerdən başlamalı olub.

Avstraliyalı buna görə də startda uduzduğunu bildirib: “Səhər Kiminin cəzası mükəmməl xəbər kimi görünürdü, amma daha sonra peletonun sağ tərəfini görəndə məyus oldum. Ön tərəflər sulu idi. Lyuis pis start aldı. O da bunu trasın yaş olmasl ilə əlaqələndirəcək. Pis oldu. Buna görə də, Peres bizi keçdi. Yarışın əvvəlində yavaş bolidin arxasında ilişib qalmaq hər şeyi həll etdi”.

Rikkardo əlavə edib ki, sıralanma turunda yaşadığı güc problemi onun Peresi keçməyinə mane olub: “Telemetriya məlumatlarını görmədən nəsə deyə bilmərəm, amma düzlük sürətimiz az olsa, təəccüblənmərəm. Fettel startda məni asanlıqla keçdi. Ondan sonra Peresə təsir edə bilmədim. Hiss edirdim ki, düzlüklərdə zəifəm, amma bunun dünənki hadisə ilə əlaqəli olub-olmadığını deyə bilmərəm. Peresin arxasında ilişib qaldıq. Fərqli nəsə edə bilmirdim. Onun arxasında təkərləri öldürdük. Onu keçmək üçün düzlük sürətimiz yox idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*