L.Həmilton İngiltərənin ən varlı idmançısıdır?

Britaniya mətbuatının apardığı araşdırmalalara əsasən, Lyuis Həmilton İngiltərənin ən varlı idmançısıdır.

F-1.az xəbər vermişdi ki, Lyus Həmilton The Times jurnalının “Ən Nüfuzlu 100 adam” siyahısına düşüb. Bu siyahıya daxil olmaq üçün rekordlar qırılmalıdır, ya da həddən artıq dəbdəbəli həyat tərzi keçirilməlidir və ya həmin şəxsin minimum 103 milyon dollar sərvəti olmalıdır.

İngiltərə və İrlandiya mətbuatının araşdırmasına görə, Lyuis Həmiltonun 106 milyon funt sterlinq sərvəti var və sürücü hazırda İngiltərənin ən varlı idmançısıdır.

Xatırladaq ki, 2014 və 2015-ci illərdə aparılan araşdırmalarda da Həmilton ən varlı idmançı olmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*