Yubiley Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Bu gün sürücülər orta və sərt təkərlərə qənaət etməyə çalışıblar və sıralanma turuna hazırlaşmağa kökləniblər.

F-1.az bildirir ki, bu il sürücülərə verilən təkər tərkibləri Pirelli tərəfindən müəyyən edildiyindən və daha sərt tərkiblərin (hər sürücü üçün cəmi 2 dəst Hard və 3 dəst Medium) sayı az oldiğundan, komandalar proqramlarını həmin təkərlərdən mümkün qədər az istifadə etməyə və sərbəst yürüşlərdə daha çox Soft təkərlərlə işləməyə uyğun tərtib ediblər.

Küləyin tez-tez istiqamət dəyişməsi bolidlərin balansına təsir edib, lakin bu, ciddi problemə çevrilməyib. Kvyat maşındakı nasazlıqdan şikayət edərək boksa gəlib, lakin sonra yenidən trasa qayıdıb. Sessiyada bundan başqa Rassellin trasdan çıxması istisna olmaqla, heç bir insident olmayıb.

Lyus Həmilton yenə hamını üstələyib – 1:26.621. Sıralanma turu Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:26.621 14
2 77 Valtteri Bottas Mercedes AMG 1:26.784 + 0:00.163 16
3 4 Lando Norris McLaren 1:27.202 + 0:00.581 20
4 27 Niko Hülkenberq Racing Point 1:27.256 + 0:00.635 16
5 18 Ləns Stroll Racing Point 1:27.263 + 0:00.642 15
6 16 Şarl Lekler Ferrari 1:27.328 + 0:00.707 18
7 33 Maks Ferstappen Red Bull 1:27.455 + 0:00.834 12
8 23 Aleksander Elbon Red Bull 1:27.474 + 0:00.853 15
9 31 Esteban Okon Renault 1:27.496 + 0:00.875 15
10 55 Karlos Sayns McLaren 1:27.627 + 0:01.006 22
11 10 Pyer Qasli AlphaTauri 1:27.659 + 0:01.038 15
12 26 Daniil Kvyat AlphaTauri 1:27.754 + 0:01.133 18
13 5 Sebastyan Fettel Ferrari 1:27.811 + 0:01.190 20
14 3 Daniel Rikkardo Renault 1:27.815 + 0:01.194 12
15 8 Roman Qrojan Haas 1:28.076 + 0:01.455 15
16 6 Nikolas Latifi Williams 1:28.125 + 0:01.504 13
17 63 Corc Rassell Williams 1:28.349 + 0:01.728 17
18 99 Antonio Covinatsi Alfa Romeo 1:28.468 + 0:01.847 13
19 7 Kimi Rəykkönen Alfa Romeo 1:28.538 + 0:01.917 12
10 20 Kevin Maqnussen Haas 1:28.763 + 0:02.142 16
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*