Sinqapur-2017: Birinci sərbəst yürüşlər

Adətən Sinqapurda ilk sərbəst yürüşlər sazlanmalar üzərində işləmək üçün faydalı olmur. Bu gün duman qatı trasın günəş şüaları altında qızmasının qarşısını alıb. Asfaltın temperaturu axşam saatlarındakı kimi olub. İkinci sərbəst yürüşlər elə axşam saatlarında baş tutur və komandalar intensiv işləyirlər.

F-1.az bildirir ki, asfalt sessiyanın əvvəlində axşamkı yağışa görə bəzi yerlərdə bir qədər nəm olub. Lakin bu, komandaların işinə mane olmayıb. İlk sessiyada iki komanda gənc sürücülərdən istifadə edib – Haas-da Kevin Maqnussenin bolidinə Antonio Covinatsi əyləşib, Toro Rosso-da isə Karlos Saynsı indoneziyalı Şon Gelael əvəzləyib. Bu, Şonun Formula1 həftəsonunda baş tutan sessiyalarda rəsmi debütü olub.

Rikkardo, Vandorn və Rəykkönen ilk dəqiqələrdə Halo sistemi ilə trasa çıxıblar. Hər üç sürücü bir dövrə vurduqdan sonra boksa qayıdıb, sistem maşından sökülüb və onlar adi konfiqurasiya ilə işlərini davam etdiriblər. Palmer 13-cü, Qrojan 16-cı, Eriksson isə 18-ci döngədə yerində fırlanıb, lakin hər üç halda maşınlara zərər dəyməyib.

Strollun maşınının sürət qutusunda problem yaranıb. Kanadalı sürücü yavaş-yavaş boksa qayıdıb və sessiyanı vaxtından əvvəl başa vurub. Alonso mühərriyin gücündən şikayətlənib, lakin proqramı üzrə işini davam etdirib.

Rikkardo trasın yeni rekordunu müəyyən edərək protokollara başçılıq edib – 1:42.489. Məşqlər axşam saatlarında davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 3 Daniel Rikkardo Red Bull 1:42.489 21
2 5 Sebastyan Fettel Ferrari 1:42.598 + 0:00.109 21
3 33 Maks Ferstappen Red Bull 1:42.610 + 0:00.121 23
4 44 Lyuis Həmilton Mercedes AMG 1:42.904 + 0:00.415 27
5 11 Serxio Peres Force İndia 1:43.423 + 0:00.934 25
6 77 Valtteri Bottas Mercedes AMG 1:43.434 + 0:00.945 27
7 7 Kimi Rəykkönen Ferrari 1:43.734 + 0:01.245 25
8 14 Fernando Alonso McLaren 1:43.759 + 0:01.270 19
9 27 Niko Hülkenberq Renault 1:44.101 + 0:01.612 24
10 26 Daniil Kvyat Toro Rosso 1:44.220 + 0:01.731 25
11 2 Stoffel Vandorn McLaren 1:44.340 + 0:01.851 25
12 30 Colion Palmer Renault 1:44.961 + 0:02.472 25
13 31 Esteban Okon Force İndia 1:45.053 + 0:02.564 25
14 19 Felipe Massa Williams 1:45.084 + 0:02.595 27
15 8 Roman Qrojan Haas 1:46.456 + 0:03.967 20
16 50 Antonio Covinatsi Haas 1:46.782 + 0:04.293 27
17 18 Ləns Stroll Williams 1:47.190 + 0:04.701 11
18 38 Şon Gelael Toro Rosso 1:47.570 + 0:05.081 26
19 9 Markus Eriksson Sauber 1:47.699 + 0:05.210 23
20 94 Paskal Verlyayn Sauber 1:47.886 + 0:05.397 24
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*