Malayziya-2016: İkinci sərbəst yürüşlər

İkinci sessiyanın lideri Lyuis Həmilton cümə gününün ən sürətli dövrəsini vurub.

F-1.az xəbər verir ki, ilk dövrələrini Hard təkərlərlə vuran Mercedes AMG komandasının britaniyalı sürücüsü Soft təkərlərə keçdikdən sonra nəticəsini xeyli yaxşılaşdırıb və cümə günü 95 saniyədən aşağı düşə bilən yeganə sürücü olub. Niko Rosberq ondan bir qədər geri qalarkən, onların ən yaxın izləyiciləri Ferrari sürücüləri olublar. Sebastyan Fettel 3-cü, yarış simulyasiyasında işləyən Kimi Rəykkönen isə 4-cü olub.

Sepanqda bu mövsüm keçirilən digər yarışlara nisbətən əsas rəqiblərindən daha çox geri qalan Red Bull-un hollandiyalı sürücüsü Maks Ferstappen 5-ci, Daniel Rikkardo isə 8-ci ola bilib. Motor dəyişikiliyinə görə yarışa sonuncu yerdən başlayacaq Fernando Alonso ilk sessiyada olduğu kimi, bu dəfə də yaxşı təsir bağışlayıb. Yeddinci olan ispan sürücünün komanda yoldaşı Censon Batton 10-cu olub.

Mühəndislər Kubokunda 4-cü yer uğrunda mübarizə aparan Force İndia əsas rəqibi Williams-ı sərbəst yürüşlərdə qabaqlayıb. İlk sessiyada maşını yanan Kevin Maqnussen ikinci sessiyanın sonunda yenidən trasa çıxıb və komanda yoldaşına 0,7 saniyə uduzaraq 19-cu ola bilib. Sabah məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:34.944 35
2 6 Niko Rosberq Mercedes AMG 1:35.177 + 0:00.233 36
3 5 Sebastyan Fettel Ferrari 1:35.605 + 0:00.661 37
4 7 Kimi Rəykkönen Ferrari 1:35.842 + 0:00.898 31
5 33 Maks Ferstappen Red Bull 1:36.037 + 0:01.093 29
6 11 Serxio Peres Force İndia 1:36.284 + 0:01.340 33
7 14 Fernando Alonso McLaren 1:36.296 + 0:01.352 27
8 3 Daniel Rikkardo Red Bull 1:36.337 + 0:01.393 30
9 27 Niko Hülkenberq Force İndia 1:36.390 + 0:01.446 37
10 22 Censon Batton McLaren 1:36.715 + 0:01.771 22
11 55 Karlos Sayns Toro Rosso 1:36.836 + 0:01.892 30
12 30 Colion Palmer Renault 1:36.940 + 0:01.996 36
13 77 Valtteri Bottas Williams 1:37.016 + 0:02.072 37
14 21 Esteban Qutyerres Haas 1:37.048 + 0:02.104 28
15 19 Felipe Massa Williams 1:37.110 + 0:02.166 19
16 26 Daniil Kvyat Toro Rosso 1:37.297 + 0:02.353 29
17 9 Markus Eriksson Sauber 1:37.449 + 0:02.505 28
18 12 Felipe Nasr Sauber 1:37.547 + 0:02.603 26
19 20 Kevin Maqnussen Renault 1:37.664 + 0:02.720 19
20 8 Roman Qrojan Haas 1:37.789 + 0:02.845 25
21 94 Paskal Verlyayn Manor 1:37.878 + 0:02.934 34
22 31 Esteban Okon Manor 1:37.990 + 0:03.046 36
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*