Azərbaycan-2022: Birinci sərbəst yürüşlər

Bu gün Bakıda hava istidir, asfaltın vəziyyəti də əladır. Sürücülər vaxt itirməyiblər və ilk dəqiqələrdən boksları tərk ediblər.

F-1.az bildirir ki, artıq səkkizinci dəqiqədə Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub – Şumaxerin maşını soyutma sistemindəki sızmalara görə dayanıb. Mikin maşını Monakodakı qəzadan sonra yenicə yığılıb və görünür ki, bütün problemlər tam aradan qaldırılmayıb. Alman sürücü üçün ilk məşqlər başa çatıb.

Həmilton təhlükəsizlik cibinə girib, Stroll isə 15-ci döngədə maneəyə toxunub. Latifinin maşını beşinci döngədə tüstülənərək dayanıb. VTM rejimi yenidən elan edilib. Onun üçün də ilk məşqlər bitib. Qasli 16-cı döngədə təhlükəsizlik cibinə girib. Sessiya başa çatdıqdan sonra isə Ferstappen yerində fırlanıb.

Ən sürətli dövrə Serxio Peresdən gəlib – 1:45.476. Məşqlər axşam davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Red Bull 1:45.476 21
2 16 Şarl Lekler Ferrari 1:45.603 + 0:00.127 21
3 1 Maks Ferstappen Red Bull 1:45.810 + 0:00.334 25
4 55 Karlos Sayns Ferrari 1:46.012 + 0:00.536 22
5 14 Fernando Alonso Alpine 1:46.571 + 0:01.095 22
6 44 Lyuis Həmilton Mercedes 1:46.667 + 0:01.191 21
7 22 Yuki Tsunoda AlphaTauri 1:46.696 + 0:01.220 25
8 63 Corc Rassell Mercedes 1:46.705 + 0:01.229 24
9 10 Pyer Qasli AlphaTauri 1:46.830 + 0:01.354 25
10 31 Esteban Okon Alpine 1:46.917 + 0:01.441 21
11 4 Lando Norris McLaren 1:47.691 + 0:02.215 19
12 18 Ləns Stroll Aston Martin 1:47.847 + 0:02.371 24
13 20 Kevin Maqnussen Haas 1:47.946 + 0:02.470 24
14 5 Sebastyan Fettel Aston Martin 1:47.970 + 0:02.494 22
15 77 Valtteri Bottas Alfa Romeo 1:48.078 + 0:02.602 22
16 24 Quanyu Çjou Alfa Romeo 1:48.222 + 0:02.746 24
17 23 Aleksander Elbon Williams 1:48.419 + 0:02.943 22
18 3 Daniel Rikkardo McLaren 1:48.810 + 0:03.334 22
19 6 Nikolas Latifi Williams 1:50.921 + 0:05.445 7
20 20 Mik Şumaxer Haas 1:58.332 + 0:12.856 3
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*