Marko Avstriyada qələbəyə inanır

Red Bull-un idman məsləhətçisi Red Bull-un ev sahibi olduğu qarşıdan gələn Avstriya Qran Prisi ilə bağlı gözləntilərini bölüşüb.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis Kanadada 100-cü zəfərini qazanmış komandanın doğma yarışda 101-ci qələbəsinə inanır.

Helmut Marko: “Düşünəndə ki, doğma meydanda böyük coşğu olacaq, biz növbəti qələbəmizi qazanacağıq və narıncı tribunalar Maksı dəstəkləyəcək, adamın ürəyi əriyir. Maks burada tez-tez qalib gəlir. Tras ona uyğundur, Niderlanddan olan izdiham da Maksa motivasiya əlavə edir. Şpilberq, doğulduğu Zandfort və ya Belçika kimi, bura da onun üçün demək olar ki, ev yarışıdır.

Mateşiç bütün bunları görməyə şad olardı. Əlbəttə, təəssüf ki, ona bunun şahidi olmaq qismət olmadı – bu, həqiqətən də Mateşiçin burada olmasını istədiyiniz andır. Digər tərəfdən, müəyyən mənada o, həmişə bizimlədir”.

Xatırladaq ki, Red Bull cari mövsümdə geridə qalan bütün yarışları qələbə ilə başa vurub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*