K.Horner: Son 5 ilə nisbətən daha güclüyük

Red Bull şirkətinin rəhbəri Kristian Horner bildirib ki, Red Bull komandası son 5 ildəki ən yaxşı hazırlıq dövrlərini keçiblər.

F-1.az xatırladır ki, Red Bull komandası 2014-cü ildən bəri istədiyi nəticəni qazana bilməyib və çempionluq uğrunda mübarizə aparmayıb. “Qırmızı öküzlər” son beş ildə çox az yarışlarda güclü görünmüşdülər. Avstriya komandası keçən ildən etibarən Honda ilə işləməyə başlayıb və yaponlardan tam dəstək alır.

Kristian Horner: “Honda 2019-cu ildə əla işlədi. Keçənilki mühərrik yenilikləri bizi gücləndirdi. Hazırda Mercedes-ə daha yaxınıq. Şassi tərəfdəki performansımız da ortaya çıxır. Bu mövsüm son 5 ilə nisbətən daha yaxşı hazırlıq prosesi keçmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*