Autosport Red Bull sürücülərinin reytinqini hazırlayıb

Red Bull-un Formula1-dəki yüzüncü qələbəsi şərəfinə nüfuzlu Autosport nəşri Avstriya komandasının tarixindəki ən yaxşı on pilotunun reytinqini tərtib edib.

F-1.az xəbər verir ki, reytinqdə şirkətin ikinci komandası olan AlphaTauri (eyni zamanda keçmiş adı ilə Toro Rosso) pilotları da nəzərə alınıb.

Maraqlıdır ki, reytinqdə birincilik bu qələbələrin 41-ni əldə etmiş Maks Ferstappenə yox, Sebastyan Fettelə verilib. Lakin alman sürücünün komanda ilə 4 titul qazandığını düşünsək, seçim başadüşüləndir.

Siyahıda bir zamanlar Red Bull-dan Toro Rosso-ya göndərilən Daniil Kvyat da yer alıb.

1 Sebastyan Fettel
2 Maks Ferstappen
3 Daniel Rikkardo
4 Mark Vebber
5 Deyvid Kulthard
6 Serxio Peres
7 Karlos Sayns
8 Pyer Qasli
9 Daniil Kvyat
10 Aleksander Elbon

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*