Ferstappenin komandası Rosberqə etiraz edib

Narazılığa səbəb 2016-cı ilin dünya çempionunun S.Ərəbistanı Qran Prisi başa çatdıqdan sonra dedikləri olub.

F-1.az xatırladır ki, Niko Rosberq Red Bull-un gənc sürücüsünün yarışda ikinci olduqdan sonra verdiyi reaksiyaları tənqid etmişdi. Lakin sonradan məlum olmuşdu ki, Maksın brifinqə qatılmamasının səbəbi səhhətindəki problem olub.

Sürücüyə yaxın mənbələr deyib: “Bu, Rosberqin reallıqdan nə qədər uzaq olduğunu göstərir. Xoşbəxtlikdən, Sky Sports komandasında hər şeyi dərhal düzəldə bilən Ralf Şumaxer var”.

,