Red Bull Vipsi dəstəkləməyə davam edəcək

Red Bull komandası Britaniya Qran Prisindən əvvəl onlayn oyun oynayan zaman irqçi fikirlər səsləndirən Yuri Vips ilə müqaviləyə xitam verdiklərini elan etmişdi.

F-1.az xəbər verir ki, Kristian Horner yarışdan sonra verdiyi açıqlamada gənc sürücüyə dəstək verməkdə davam edəcəklərini bildirib.

Kristian Horner: “Vips ilə müqaviləni ləğv etdik. Şübhəsiz, onun düşünmək üçün imkanı olacaq. Hər bir insan səhvini başa düşüb nəticə çıxarırsa, ikinci bir şansa layiqdir. O gəncdir, müqaviləni pozmamıza baxmayaraq, ona psixi sağlamlıq və təhsil sahəsində dəstəyimizi davam etdirəcəyik. Ümid edirəm ki, nəticəsi olacaq”.

Xatırladaq ki, Yuri Formula2-də tərkibində yarışdığı Hitech komandası ilə Silverstounda yarışa çıxıb. Horner bildirib ki, artıq onun aşağı seriyalardakı çıxışını maliyyələşdirmirlər: “Qərarı Hitech verib. Biz bu layihəni maliyyələşdirmirik. Onların seçimidir və belə bir addım atmaq üçün öz səbəbləri var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*