D.Rikkardo: “Keçən il Mercedes mühərriki ilə qalib gələ bilərdik”

Red Bull-un avstraliyalı pilotu Daniel Rikkardo bildirib ki, keçən mövsüm Red Bull maşını Mercedes mühərriki ilə Macarıstan Qran Prisindən sonra qələbələr qazana bilərdi...

F-1.az xatırladır ki, keçən mövsümə pis başlayan Red Bull həm şassi, həm də mühərrik baxımından rəqiblərinə uduzmuşdu. Amma mövsümün 2-ci hissəsində Red Bull bolidini təkmilləşdirmişdi.

Bu barədə danışan Rikkardo bildirib: “Macarıstan Qran Prisindən sonra boliddə müsbət dəyişikliklər oldu. Bolidin hər yarış üçün sazlanması bizim üçün daha rahat olurdu. Silverstounda da müsbət dəyişikliklər hiss olunurdu, amma Macarıstandan sonra hər şey yaxşıya doğru dəyişildi. Düşünürəm ki, Mercedes mühərrikləri ilə mübarizə aparsaydıq, mövsümün ikinci yarısında bir neçə yarışda qalib gələ bilərdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*