M.Ferstappen problemsiz yarış istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Silverstounda problemsiz həftəsonu keçirmək istəyir.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il keçirilən 9 yarışdan 6-nı qazanıb və turnir cədvəlində inamla liderlik edir.

Maks Ferstappen: “Silverstounda yarışmağı səbirsizliklə gözləyirəm. Orada çoxlu fanatlar var. Milton Kins bazasının trasa yaxın olması da gözəl hissdir. Bir neçə şəhər tipli trasdan sonra stasionar trasa qayıtmaq gözəl olacaq. Bu həftəsonu performansımız düzgün sazlanma tapmaqdan və təkərlərin yeyilməsindən asılı olacaq. Bu həftə işimiz çoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*