K.Rəykkönen: Hər şeyi düz etməliyik

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Meksika yarışında xal qazanmaq istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Amerikada xal almağa yaxın olsa da, son dövrələrdə yerində fırlanaraq, xaldan olmuşdu.

Kimi Rəykkönen: “Ümid edirik ki, Meksikada xal alarıq. Son yarışlarda buna yaxın idik və buna görə də tempimiz bizə kömək edə bilər. Ancaq həmişəki kimi hər şeyi düzgün etməliyik. Bu tras çox sürüşkəndir və sıralanma turunda səhv etmək asandır. Lakin dövrəni bir araya gətirəndə əla olur.

Şənbə günü göstərəcəyimiz performans çox vacib olacaq. Uzun düzlüklərdən sonra ötmə şansları var, amma ikinci sektorda tras daralır və çoxlu döngə var. Buna görə də sıralanma turu çox vacib olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*