K.Rəykkönen: Məhdudiyyətləri unudacağıq

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Avstriyada hər fürsəti dəyərləndirmək lazımdır.

.F-1.az xatırladır ki, Formula1 üzrə 2020-ci il mövsümü bu həftəsonu Avstriyada başlayacaq.

Kimi Rəykkönen: “Belə şəraitdə yarışmaq qəribə olacaq. Amma əminəm ki, sükanın arxasına keçəndə bütün məhdudiyyətləri unudacağıq və işimizi maksimum formada görəcəyik.

Bu fasilədə ailəmlə vaxt keçirdim. Amma indi işimə fokuslanmışam. Qısa müddət ərzində çox yarış olacaq və hər həftəsonu ən yaxşı performansımızı göstərməliyik. Hər fürsətdən istifadə etməli və xallar qazanmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*