A.Covinatsi: Var qüvvəmizi qoymalıyıq

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, Amerikada var qüvvələri ilə yarışıb yaxşı nəticə almaq istəyir.

F-1.az xatırladır ki, italiyalı sürücü Türkiyədə 11-ci olmuş və xalı çox cüzi fərqlə əldən vermişdi.

Antonio Covinatsi: “Ostindəki yarışı səbirsizliklə gözləyirəm. Ora həmişə getmək istədiyim yerdir. Oradakı insanlar istiqanlıdır və şəhər də gözəldir. 2019-cu ildə bizi yaxşı qarşılamışdılar. Həftəsonu əla keçmişdi və ümid edirəm ki, yenə də eyni olar.

Türkiyədə xalı cüzi fərqlə əldən vermək əsəbpozucu idi. Onluğa düşmək üçün tempimiz olsa da, bacara bilmədik. Bu dəfə var qüvvəmizi verməliyik. Ümid edirəm ki, Türkiyəyə nisbətən yaxşı nəticə qazanarıq’.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*