K.Rəykkönen cərimələnib

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen sıralanma turunda etdiyi qəzadan sonra ötürmələr qutusunu dəyişdirməli olub və sgartda beş yer itirib. […]

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen sıralanma turunda etdiyi qəzadan sonra ötürmələr qutusunu dəyişdirməli olub və sgartda beş yer itirib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunun son sessiyasında Parabolika döngəsində qəza etmiş və qırmızı bayraqların çıxmasına səbəb olmuşdu. Zaman nəticəsi göstərə bilməyən Rəykkönen yarışa 15-ci yerdən başlayacaq.

Kimi Rəykkönen: “Səhvimin cəzasını çəkdim. Məyusam, çünki bolid güclü idi. Bəlkə, hava bizə kömək edər və yaxşı nəticə qazanarıq və yaxşı nəticə qazanarıq. Yarışda yüksəlmək üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*