K.Rəykkönen təqaüdə çıxdığı üçün sevinir

Formula1-in təcrübəli sürücüsü Kimi Rəykkönen karyerasını bitirəcəyi üçün sevinclidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü karyerasına 2001-ci ildə başlamış və 2007-ci ildə Dünya Çempionu titulunu qazanmışdı. Bu müddətdə 353 yarışa çıxan Kimi, bunlardan 103-də 21-i qələbə olmaqla podiuma yüksəlib.

Kimi Rəykkönen: “Son dəfə Alfa Romeo-nun bazasına getdim. Buna görə ailəmi də apardım. Bir müddət orada qaldım və onlara imza payladım. Gözəl anlar idi.

Təqaüdə çıxmaq üşün səbirsizlənirəm. Tezliklə karyeram bitəcək və xoşbəxtəm. Məyus olmağa səbəb yoxdur. Bunun yaxşı bir şey olduğunu düşünürəm.

Son iki yarışımda əlimdən gələni edəcəm. Ciddə yeni trasdır və görək nə olur. Mən həmişə etdiyimi burada da edəcəm. Ümid edirəm ki, yaxşı nəticələr qazanarıq və əylənərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*