M.Brandl: “Rəykkönen yolun sonuna çatıb”

Məşhur Formula1 şərhçisi Martin Brandl son yarışda bərbad performans göstərən Kimi Rəykkönenin vaxtının bitdiyini düşünür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il demək olar ki, bütün sıralanma turlarında səhvlər edərək komanda yoldaşı Fettelin gerisində qalıb.

Martin Brandl: “Ferrari ona görə narahat olmalıdır. O peletonun ən populyar sürücülərdəndir, amma sıralanma turundakı səhvdən sonra yarışı komanda yoldaşının 30 saniyə gerisində bitirdi. Nə edəcəklər? Məncə, Kimi yolun sonuna çatıb. Hərdən əsl sürətini göstərsə də, əvvəlki performansından əsər-əlamət yoxdur. Sebastyana da dəstək olmur. Mühəndislər Kubokunda qalib gəlmək Ferrari üçün çox önəmlidir. Yol maşınlarının ekranlarına qazandıqları çempionluqları boş yerə qoymurlar. Gələn il Fettelin yanında ya Lekler olmalıdır, ya da Rikkardo. Fettel də onlarla mübarizı aparmalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*