A.Covinatsi: Bir dövrə lazım idi

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, bir dövrə də olsa, xal ala biləcəkmiş.

 

F-1.az xatırladır ki, italiyalı sürücü Türkiyə yarışını 11-ci yerdə bitirib.

Antonio Covinatsi: “Xal almaq üçün bir dövrə lazım idi. Bu, əsəbpozucu haldır. Yeni təkərlərə keçəndən sonra vəziyyət pisləşdi və asfaltla ilişmə yox idi. Həmin anda 3 və ya 4 dövrə itirdik. Bir dövrə də olsa, onuncu idik. Zəif nəticə aldığımız sıralanma turundan sonra yarış yaxşı keçdi. Əlimizdən gələni etsək də, alınmadı. Ümid edirik ki, Ostində xal qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*