A.Covinatsi: Rəykkönen çox güclüdür

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi komanda yoldaşı Kimi Rəykkönenin hələ də ən yaxşılardan olduğunu bildirib.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün bu il 41 yaşı tamam olub. Rəykkönen hazırda 4 xalla 16-cı yerdədir.

Antonio Covinatsi: “Kimi hələ də ən yaxşılardandır. Onu qabaqlamaq üçün səhv etməməlisiniz. O həm sürətli, həm də təcrübəlidir. O, mənim üçün meyar nöqtəsidir, çünki onu geridə qoymaq üçün güclü olmalıyam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*