12 Dekabr 2018, Çərşənbə - 10:17

F.Massadan növbəti bloq yazısı: “Bakıda rekord qırdıq və oranı heç vaxt unutmayacayıq”

F.Massadan növbəti bloq yazısı: “Bakıda rekord qırdıq və oranı heç vaxt unutmayacayıq”

Müəllif: Rauf Hacıyev, redaktor

16:44 - 23 İyun, 2016

Williams komandasının sürücüsü Felipe Massa MotorSport.com saytındakı yeni bloq yazısında Bakıya ilk səfərindən yazıb…

Felipe Massa: “Məncə, Formula1-dəki bütün sürücülər Bakıya böyük maraqla gəldilər. Çünki yeni trasdan nəsə gözləmək çox çətindir. Xüsusən də şəhər tipli traslardan…

Bakı trasının quruluşu ilə bağlı ilk təəssüratlarım elə də yaxşı olmadı. Cümə günü sərbəst yürüşlərdə əylənmədə problemlər yaşadım. Belə hallar şəhər tipli traslarda heç də ideal deyil. Dartma qüvvəsi də zəif olduqdan sonra təkərləri qızdırmaqda çətinlik çəkdim.

Cümə və şənbə günləri Williams Martini Racing komandasının işçiləri çox işlədilər. Etdiyimiz sazlanmalar istədiyimiz nəticələri vermədi. Amma sıralanma turundan əvvəl bolidin idarəetməsi çox inkişaf etdi. Buna görə də 5-ci yeri tutduğum üçün çox xoşbəxt idim. Uzun start/finiş düzlüyündən əvvəlki döngədə səhv etməsəydim, zaman nəticəm bir az daha yaxşı olardı.

Sıralanma turunda yaxşı nəticə aldıqdan sonra yarışda da yaxşı nəticələr alacağıma inanırdım. Startdan bir neçə dövrə keçdikdən sonra bu yöndə olan hisslərim daha da gücləndi. Təkərlər yaxşı işləyirdi və tempim də yaxşı idi. Rəykkönen və Rikkardoya yaxınlaşmışdım. Amma dövrələr keçdikcə arxa təkərlərdə yeyilmə baş verdi və dövrə zamanlarım pisləşməyə başladı. Rikkardonun problemi ilə eyni problem idi. Red Bull bu problemi həll etmək üçün Medium təkərlərə keçdi.

Bis isə Soft təkərlərlə yarışı davam etdirdik. O anda düşünürdük ki, doğru qərar vermişik. Ancaq heyif ki, doğru qərar verməmişdik və tempimiz düşməyə başladı. Düşünürəm ki, yarış yenidən keçirilsə, Medium təkərlərdən istifadə edərdik.

Nəticədə 10-cu yeri tutaraq, 1 xal qazana bildim. Sözün düzü, yarışda bir neçə nəfərin mübarizəni dayandırması qəribə idi. Üstəlik bunlar hamısı mexaniki problemə görə oldu. Yarışdan əvvəl “konservativ” düşünürdüm. GP2 yarışında sürücülərdən çoxu yarışı bitirə bilməmişdi və bunları gördükdən sonra belə düşünmək daha məntiqli idi. Düşünürdüm ki, yarışı bitirə bilsəm, çoxlu xallar qazana bilərəm. Ancaq belə görürəm ki, rəqiblərimiz də mənimlə eyni şeyi düşünmüşdü. Buna görə də heç kimin səhv etmədiyi və 18 sürücünün tamamladığı yarışda demək olar ki, sürprizlə qarşılaşmadıq.

Həftəsonu ərzində hamı Bakı Şəhər Halqası barədə çoxlu danışdı. Xüsusən də əsas düzlüyün sonunda əldə edilən sürət barədə çox danışdılar. Ümumi sürət problem deyildi. Keçən il Meksikada yüksək sürətlər gördük. Amma orada asfalt daha təmiz idi və tras bizə problem yaratmırdı. Bakıda isə çoxlu qabarlar var idi. Buna görə də işlər bir az təhlükəli oldu.

İndi mövzunu dəyişək. Bloqumda uşaqların bu il pit-stopdakı məharətindən bir neçə dəfə danışmışam.

Bakıda hesabladığımıza görə 1.89 saniyəlik pit-stopla başqa dünyadan olduqlarını göstərdilər. Rəsmi zaman hakimi vaxtın 1.92 olduğunu dedi, amma rəsmi rekordu təkrarladığı üçün bu da yaxşı uğurdur.

Keçən il ən sürətli təkər dəyişən komandalardan deyildik. Bunun əsas səbəbi pit vaxtı trasda qızmış qaykaları açmaqda çətinlik çəkməyimiz idi. Qış aylarında komanda həm pit işçilərinə, həm də pit avadanlıqlarına güclü investisiya yatırdı. Nəticəsini gördük. Amma bu nəticələri də təkmilləşdirə bilərik. Komanda təkmilləşməyə davam edir.

İndi isə Avstriya barədə danışaq. Orada nələrin baş verəcəyini görmək maraqlı olacaq. Son poulumu iki il əvvəl burada qazandım və oraya gedərkən gözləntilərim yüksək olur.

Ən yaxın rəqiblərimiz olan Ferrari və Red Bull-un bu il daha güclü olduqlarını bilirik, ancaq Red Bull Rinq bizim üçün düşərli trasdır. Bundan başqa bu il yeni asfalt qatı çəkilir. Bu da işi daha qəribə edəcək. Bunu oradakı DTM yarışında gördüm. Əvvəlki mövsümlərə nisbətən dövrə zamanları 2 saniyə artmışdı. Buna görə də sürətli dövrələr görməyə hazır olun!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 260
Teqlər , , , , , , ,
Paylaş

logo