Covinatsi Ferrari-yə keçməyə ümid edir

Peletonun yeganə italyan sürücüsü Antonio Covinatsi hələ yaxşı nəticələrə imza ata bilməyib, lakin Sebastyan Fettelin gedişindən sonra Ferrari-yə kecməsinə ümid edir.

F-1.az xatırladır ki, keçən il Alfa Romeo komandasında ilk tam mövsümünü keçirən gənc sürücü veteran komanda yoldaşı Kimi Rəykkönenə çox uduzmuşdu…

Antonio Covinatsi: “Məni vacib bir mövsüm gözlədiyini bilirəm və Ferrari-də olmaq istədiyimi gizlətmirəm. Bu uşaqlıq arzumdur, namizədlər arasında özümü görməyə şadam. Bu il əla bir mövsüm keçirməli, əla nəticələr göstərməliyəm ki, bu şansı əldə edə bilim.

Hazırda evdə məşq edirəm və mövsümün başlanğıcını gözləyirəm, bu barədə heç kim heç nə bilmir. Ancaq özümü zəruri formada saxlayıram və komanda ilə daim əlaqədəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*