14 Dekabr 2018, Cümə - 23:28

D.Kvyat və Covinatsi yağış təkərlərini test edəcəklər

D.Kvyat və Covinatsi yağış təkərlərini test edəcəklər

Müəllif: Rauf Hacıyev, redaktor

20:05 - 19 Aprel, 2018

Ferrari komandasının ehtiyat və developer sürücüləri olan Antonio Covinatsi ilə Daniil Kvyat Pirelli-nin yeni mövsüm təkərlərini təkmilləşdirmək üçün Fyoranoda testə çıxacaqlar.

F-1.az bildirir ki, Pirelli quru hava təkərlərinin inkişaf proqramını açıqlamış və 10 komandanın da bu proqrama dəstək verəcəyini demişdi. Bundan əlavə Ferrari, Mercedes və McLaren-in yağış təkərləri ilə süni isladılmış Fyorano və Pol Rikarda testlər edəcəyi bldirilmişdi.

Ferrari-nin yağış təkərləri ilə olan aprelin 19 və 20-ə planlaşdırılıb və testlər bu gündən etibarən başlayıb. Açıqlamalara əsasən, Covinatsi bu gün Ferrari-nin sükanı arxasında süni isladılmış Fyoranoda işləyib. Komandaya yeni qoşulan Daniil Kvyat isə sabah trasa çıxacaq və Pirelli-nin yağış təkərlərini sınayacaq.

Pirelli-nin ikinci testi mayın 15 və 16-da Barselonada olacaq. Quru hava şəraitində keçiriləcək testdə McLaren və Haas komandaları iştirak edəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 268
Teqlər , , , ,
Paylaş

logo