Həmilton və Covinatsi cəza xalı alıblar

İtaliya yarışında qırmızı işıq yandığı halda pitə girdikləri üçün Lyuis Həmilton və Antonio Covinatsi iki cəza xalı alıblar.

F-1.az xatırladır ki, həm Həmilton, həm də Covinatsi yarışda Maqnussenin mübarizəni dayandırması ilə pitə gəliblər. Ancaq təkrar epizodu izləyəndə pit yolunun bağlı olduğu görünürdü və bununla da hər iki sürücü srüardlar tərəfindən araşdırılıb. Nəticədə hər iki sürücüyə 10 saniyə dayan və get cəzası verilib. Lakin stüardların ürəyi bununla soyumayıb və hər iki sürücünün lisenziyasına 2 cəza xalı yazıblar. Beləliklə, Həmiltonun 8, Covinatsinin isə 3 cəza xalı olub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*