L.Həmilton: Şəhər tipli traslar artmalıdır

Formula1 üzrə yeddiqat Dünya Çempinu Lyuis Həmilton düşünür ki, azarkeşlərin idmana marağını artırmaq üçün yarışlar şəhər tipli traslarda olmalıdır.

F-1.az xatırladır ki, idmanda getdikcə şəhər tipli traslar artır. Keçən il Ciddə, bu il Mayami təqvimə daxil olub. Gələn il isə Las Veqasın küçələrində yarışların keçirilməsi planlaşdırılır.

Lyuis Həmilton: “Bir az köhnəfikirliyəm. Buna görə də bəzi tarixi trasları sevirəm, amma yaşlandıqca zövqlərin müxtəlifliyini anlayıram. Çox az insanın yaşadığı, yaxşı otelləri və auditoriyası olmayan yerlərə gedə bilərik. Bizim üçün tarixi olan trasda sürmək daha əyləncəli olar, ancaq bu, insanlardan asılıdır.

Yarışda atmosferi azarkeşlər yaradır. Pandemiya vaxtı gördük ki, onlarsız mümkün deyil. Yarışlar testləri xatırladırdı və həzz vermirdi. İndi isə sevə-sevə yarışlara gəlirlər.

Daha çox insanın olduğu şəhərlərə getməliyik. Nurburqrinqi çox sevsəm də, orada insan azdır. Mayamidə isə çox şey etmək olar. Orada mühəndis kimi işləmək istəyən uşaqlarla tanış oldum və bu, mənim üçün gözəl idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*