L.Həmilton: “Komandaya təşəkkür edirəm”

İtaliya yarışını rahatlıqla qazanan Lyuis Həmilton bildirib ki, komandası əla iş görüb.

F-1.az xatırladır ki, Mercedes əsas rəqibi Ferrari-nin ev trasında mükəmməl çıxış edib. Həmilton birinci olduğu halda, əsas rəqibi Fettel ondan 36 saniyə geridə qalaraq, 3-cü olub.

Lyuis Həmilton: “İtaliyada olmağı və buradakı fanların idmana olan heyranlığını sevirəm. Bu cür enerjini Silverstoundan başqa heç bir trasda görmək mümkün deyil. Nəticəyə görə xoşbəxtəm. Komanda əla iş gördü. Valtteri də çox güclü idi və bu uğura görə komandaya təşəkkür edirik.

Mercedes mühərrik cəhətdən Ferrari-dən güclü idi və bu qələbəni əvvəldən proqnozlaşdırmaq mümkün idi. Start çətin idi. Asfaltla ilişmə az idi. Amma bütün çətinliklərə baxmayaq, əla gün idi. Bu gün hər şeyi bir araya gətirib qalib gəldik. Gələnilki yarışı səbirsizliklə gözləyəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*