16 Noyabr 2019, Şənbə - 00:24

A.Covinatsi startda yer itirəcək

A.Covinatsi startda yer itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

17:29 - 25 Aprel, 2019

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi Azərbaycan yarışının startında yer itirəcək.

 

F-1.az bildirir ki, Alfa Romeo komandasının sürücüləri Covinatsi və Rəykkönen paytaxtımızdakı yarışdan əvvəl idarəetmə blokunu dəyişəcəklər və italiyalı sürücü startda 10 yer itirməli olacaq. Xatırladaq ki, Ferrari mövsümün ikinci yarışı Bəhreyndə Leklerin yaşadığı problemə görə Çinə yeni versiya MGU-K generatoru ilə gəlmiş və Ferrari ilə Haas sürücüləri yeni generatora keçmişdilər. Amma Alfa Romeo gec gətirildiyinə görə yeni MGU-K-dan imtina etmişdi. Buna görə də Covinatsi sıralanma turunda Leklerin yaşadığı problemin eynisini yaşamış və zaman nəticəsi göstərə bilməmişdi. Buna görə də Alfs Romeo komandası Azərbaycan yarışında yeni və güclü generatora keçid edib.

Qeyd edək ki, italiyalı sürücü Çində ikinci idarəetmə blokuna keçmişdi. Bakıda isə yeni versiyaya keçdiyi üçün mövsüm ərzində icazə verilən həddi aşacaq və buna görə də startda 10 yer itirəcək. Rəykkönen isə ikinci bloka keçdiyi üçün cəza almayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 153
Teqlər , , , , ,
Paylaş

logo