Sarcent sprint yarışında iştirak etməyəcək

Komandanın onun qəzada zədələnmiş maşınını sprintə qədər düzəltməyə vaxtı yoxdur.

F-1.az xəbər verir ki, sprint yarışın startına az qalmış, Williams-ın gənc debütantı Loqan Sarcentin iştirak edə bilməyəcək.

Komandanın bu barədə yayımladığı relizdə bildirilir: “Mexaniklərin ən yaxşı səylərinə baxmayaraq, Loqanın maşını bu gün günortadan sonra trasa çıxmayacaq. Təsnifat mərhələsindən sonra FW45-i təhvil aldıq və onun üzərində işlədik, lakin təmiri başa çatdırmaq üçün kifayət qədər vaxt olmadı. Nəticədə Loqanı yarışdan kənarlaşdırdıq”.

Xatırladaq ki, Sarcent bugünkü sprint yarışının sıralanma turunun ilk sessiyasında ciddi qəza edərək qırmızı bayraqlara səbəb olmuşdu və mübarizəni dayandırmışdı.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*