Rəsmən: Williams və Gulf tərəfdaşlığa başlayıblar

Williams komandası Gulf ilə olan tərəfdaşlığını bugünkü təqdimatda rəsmən elan edib.

F-1.az xatırladır ki, Gulf 2022-ci ilin sonunda McLaren ilə yollarını ayırmış və onların adı Williams ilə hallanmağa başlamışdı. Nəhayət ki, bu iddialar bu gün öz təqdiqini tapıb.

Beləliklə, yeni mövsümdən Gulf-un loqotipləri həm kombinezonlarda, həm də bolidin üzərində olacaq.

Williams şirkətinin idarə heyətinin rəhbəri Mətyu Sevic: “Bu tərəfdaşlığa görə həyəcanlıyam. Gulf və Williams-ın məşhur avtoidman keçmişləri var. Buna görə də bu müqavilə ilə tarix yazırıq”.

Gulf şirkətinin idarə heyətinin rəhbəri Mayk Cons: “Gulf-un avtoidmanda qürurverici keçmişi var. Tərəfdaşlıqdan sonra çoxillik avtoidman təcrübəmizi Formula1 və Williams Racing ilə bölüşəcəyik. Tərəfdaşlığa görə bunları edə biləcəyik. Yeni başlanğıca görə həyəcanlıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*