18 Noyabr 2019, Bazar ertəsi - 18:15

N.Haydfeld peşmandır

N.Haydfeld peşmandır

Müəllif: Rauf Hacıyev, redaktor

17:23 - 08 Fevral, 2017

Sabiq Formula1 sürücüsü Nik Haydfeld bildirib ki, Formula1-də yarış qazana bilməməsi yeganə peşmançılığıdır.

F-1.az xatırladır ki, Haydfeld Formula1 karyerasına başladığı dövrlərdə istedadlı sürücülərdən biri hesab olunurdu. Almaniyalı sürücü karyerası ərzində 13 dəfə podiuma yüksəlsə də, qələbə qazana bilməmişdi.

Haydfeld karyerası ərzində Prost, Sauber, Jordan, Williams, BMW Sauber və Renault komandalarında 183 yarışa çıxmış və 2011-ci ilin ortasında karyerasına bitirmişdi. Bundan sonra 39 yaşlı sürücü WEC və Formula E-də yarışmağa davam edib.

Nik Haydfeld: “Formula1-də yeganə məyusluğum yarış qazana bilməməkdir. Karyeram təzə başlayanda hər mövsümdən əvvəl yarışlar və çempionluqlar qazanacığımı hiss edərdim. Düzdür, indi bunun verdiyim qərarlardan asılı olduğunu deyə bilərsiniz, amma keçmişə baxanda heç bir şeyi səhv etmədiyimi düşünürəm.

Formula1-dən ayrılandan sonra əylənə biləcəyimi düşünürdüm. Amma gördüm ki, yarışmaq istəyirəm və bu dünyada qaldım.

Formula E-də yarışmağa başlayanda düşünürdüm ki, mənim yaşlarımda sürücülər üçün ideal seriyadır. Amma indi daha gənc və istedadlı sürücüləri seçirlər. Məsələn, komanda yoldaşım Feliks Rosenkvist maliyyə problemlərinə görə Formula1-də yarışmır. Formula E-də ən sürətli olmaq üçün saf sürət bəs eləmir. Eyni zamanda batareyanı yaxşı idarə etməlisiniz. Yəni, sürətli qərarlar almalısınız. Hazırda Formula1-də də bu istedadlar fərq yaradır. Bu da Formula E-nin Formula1-ə keçiddə vacib olduğunu göstərən faktordur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 962
Teqlər , ,
Paylaş

logo