N.Latifi: Yaxşı nəticə mümkündür

Williams komandasının sürücüsü Nikolas Latifi bildirib ki, yenilənmiş maşınla Macarıstanda yarışmaq üçün səbirsizlənir.

F-1.az xatırladır ki, kanadalı pilot Fransada yenilənmiş bolidlə yarışmış və çempionatın onun üçün yeni başladığını bildirmişdi.

Nikolas Latifi: “Macarıstana qayıtmaq üçün səbirsizlənirəm. Keçən il burada iki maşınla da xal almışdıq. Hunqarorinqdə güclü idik. Ümdi edirəm ki, yenə eynisi təkrarlanar.

Bu həftəsonu yenilənmiş maşınla ikinci dəfə yarışacam. Sazlanmaları yaxşılaşdırıb daha güclü olmağa çalışacağıq. Şənbə günü hava proqnozu barədə müəmmalar var. Ümid edirəm ki, bunu fürsətə çevirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*