25 Avqust 2019, Bazar - 22:34

Force İndia: “Dördüncülük mübarizəsi son yarışa qədər davam edəcək”

Force İndia: “Dördüncülük mübarizəsi son yarışa qədər davam edəcək”

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

12:52 - 27 Sentyabr, 2016

F-1.az xəbər verir ki, Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli 4-cülük uğrunda apardıqları mübarizənin son yarışa qədər davam edəcəyini düşünür.

Force İndia komandası Serxio Peresin Sinqapurda aldığı xallardan sonra Williams komandasını yenidən qabaqlamağı bacarıb. Hər iki komanda Mühəndislər Kubokunda 4-cülük uğrunda inamlı mübarizə aparır.

Bob Förnli: “Mübarizə başabaş davam edir. Williams Montsa yarışından faydalanmaq istəyirdi, biz isə Sinqapurdan. Hər iki komanda mövsümün sonuna kimi mübarizə aparacaq və bunu görmək həyəcanvericidir”.

Förnli eyni zamanda Hülkenberqin Sinqapur Qran Prisindəki qəzasının xal itkisinə səbəb olduğunu da qeyd edib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 383
Teqlər , , , ,
Paylaş

logo