A.Sutil Williams komandasını tərk edib

Keçən ilin mart ayında Adrian Sutil Williams komandası ilə ehtiyat sürücü müqaviləsi imzalamışdı: alman sürücü yarışlara gəlirdi, brifinqlərdə iştirak edirdi və simulyatorda çalışırdı. Amma yeni mövsüm ərəfəsində komandada olan mənbə təsdiq edib ki, Sutil komandanı tərk edib.

Adrian Sutil ehtiyat sürücü müqaviləsini həmişə müvəqqəti variant kimi dəyərləndirirdi və Formula1-ə qayıtmaq şansını itirən sürücü hazırda karyerasını davam etdirmək imkanlarını araşdırır – WEC, DTM və ya Yaponiyanın Super GT seriyası.

F-1.az bildirir ki, Williams komandası hələ yeni ehtiyat sürücüsünün adını açıqlamayıb. Komandanın gənc sürücülər proqramının 17 yaşlı iştirakçısı Ləns Stroll bütün diqqətini Formula3 çempionatında iştiraka yönəltdiyi üçün, Aleks Linnin bu vəzifəyə təyin olunması ehtimalı çox böyükdür…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*