S.Fettel Williams-a görə təəccüblənib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel Williams-ın builki performansına görə təəccüblənib.

F-1.az xatırladır ki, Williams 2014-cü ildə Mercedes və Red Bull-dan sonra, keçən il isə Mercedes və Ferrari-dən sonra 3-cü yeri tutmuşdu.

Yeni mövsümə qələbə hədəfi ilə başlayan britaniyalılar, builki 5 yarışda heç podium üzü də görə bilməyiblər.

Sebastyan Fettel: “Williams-ın bu qədər geridə qalması, məncə, ilin sürprizidir. Bəlkə də ən böyük sürpriz elə budur”.

Ancaq Massa bu performansı sürpriz kimi dəyərləndirib: “Biz unutmamalıyıq ki, daha çox potensialı olan komandalara qarşı mübarizə aparırıq.

Bolidi inkişaf etdirmək üçün gecə-gündüz işləyirik, ancaq rəqiblərimiz həmişə bizdən daha güclü bolidə sahib olublar. Tək fərq mühərrikdə idi, amma indi o fərq də bağlanıb.

Buna görə də, bilirəm ki, rəqiblərə qarşı inkişaf etmək heç də asan deyil. Mercedes, Ferrari, Red Bull və McLaren güclü komandalardır. Onlarla yarışmaq asan deyil.

Ümid edirəm ki, tezliklə inkişaf edərik. Ümid edirik ki, bolidi daha sürətli etmək üçün bəzi, şeyləri öyrənmişik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*