20 Avqust 2019, Çərşənbə axşamı - 02:50

R.Marçyello: “Formula1 üçün pul lazımdır”

R.Marçyello: “Formula1 üçün pul lazımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

19:39 - 14 Dekabr, 2016

Ferrari Sürücü Akademiyasının sabiq dinləyicisi Raffaele Marçyello bildirib ki, Formula1-də yarışmaq üçün 10-15 milyon avro pul lazımdır və bu pulu ödəmək imkanı yoxdur.

F-1.az xatırladır ki, Marçyello 2013-cü ildə Formula3 seriyasında 13 qələbə qazanaraq Dünya Çempionu olmuş və Ferrari-nin Sürücü Akademiyasına qoşulmuşdu. İtaliyalı sürücü 3 ildir ki, GP2-də çıxış edir və bu mövsümü 4-cü yerdə bitirsə də, Formula1 xəyallarından imtina edib.

Raffaele Marçyello: “Yarışmaq şansım sıfıra bərabərdir. Orada olmaq üçün 10-15 milyon avro pula ehtiyacım var və mənim də pulum yoxdur. Buna görə mənim üçün Formula1 də yoxdur. Həmişə pula ehtiyacınız olur. Realist olmalı və axmaq-axmaq şeylər barədə xəyal qurmamalısınız. Formula1-də olmaq üçün pula ehtiyacınız var və pulunuz yoxdursa, Formula1 də yoxdur. Mümkünsüz şeylər barədə düşünüb, digər fürsətləri əldən vermək istəmirəm.

Karyeram ərzində yaxşı işlər görmüşəm. Formula3-də qalib gəldim. O seriyada məğlub etdiyim sürücülərin çoxu hazırda Formula1-dədir. Onlar hazırda Formula1-dədirsə, mən də orada olmağa layiqəm. Amma mənim karyeram onlarınkından fərqlidir və ümid edirəm ki, daha yaxşı olacaq”.

Marçyello bildirib ki, ona çox az dəstək verilir: “Federasiya bizə kömək edir, amma bu kömək digər federasiyaların yardımı qədər deyil. İtalyanlar bizə çox az kömək edirlər. Məsələn, Banco de Brasil Nasra çox dəstək olurdu. Amma bir nəfərin mənim üçün 10 milyon verməsi axmaqlıq olar. 10 milyon dolları Formula1-ə verməkdənsə, özüm və ya ailəm üçün istifadə edərəm. Sistem pis işləyir və bu, məyusedicidir”.

Marçyello əlavə edib ki, GP2-də yarışmağa davam etmək axmaqlıq olar: “GP2-də yarışmağa davam etmək axmaqlıq olar və buna görə də burada qalmayacam. Çempion olsam da, Formula1 üçün 10 milyon dollara ehtiyacım var. Mənim üçün GT Seriyalarında bəzi fürsətlər ola bilər və hazırda bunları dəyərləndirirəm. Əgər yeni ildən əvvəl nə edəcəyimi bilsəm, mənim üçün daha yaxşı olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 442
Teqlər , ,
Paylaş

logo