A.Stella: Bakıda inkişaf etdik

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, Bakıya gətirdikləri yeniliklərlə inkişaf ediblər.

F-1.az xatırladır ki, “narıncılar” bu il ilk böyük yeniliklərini Bakıya gətiriblər. Bakı Şəhər Halqası onlar üçün əlverişli tras ayılmasa da, Norris komandasına vacib xallar qazandırıb.

Andrea Stella: “Həftəsonu ərzində əsas hədəfimiz əsas yarışa hazırlanmaq idi, çünki xallar burada paylanır. Əsas məqsəd ilk 4 komandadan sonra finişə çatmaq idi və bunu bacardıq. Nəticədən razıyıq. Bu nəticə bolidi təkmilləşdirdiyimiz üçün gəldi. Görək növbəti yarışlarda nə edirik. Bəzi rəqiblərimiz performanslarını yaxşı göstərə bilmədilər. Buna görə də diqqətli olmalıyıq. Xüsusən də çətin həftəsonu keçirən Alpine-ə qarşı…

Bakıdan müsbət təəssüratlarla ayrılırıq. Xüsusən də, Oskarın perdormansından təsirləndik. Yarışda özünü pis hiss etsə də, səhvə yol vermədi və təmiz sürdü. Bu da yaxşı xəbərlərdən biridir. Təbii ki, Lando çox yaxşı həftəsonu keçirərək, yaxşı xallar qazandı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*